Döyüş olacaq – Bakı Olimpiya Stadionunda

Mayın 4-də Bakı Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turniri keçiriləcək.

Yenicag.az xəbər verir ki, WFCA-48 turniri çərçivəsində azarkeşlər üçün artıq tanınmış MMA idmançılar iştirak edəcək. Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov – peşəkar döyüş idmanında artıq uğur qazanmış simalardır.

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları “Olimpiya” və “Akhmat” döyüş klubları və Bakı Olimpiya Stadionudur.

“Akhmat” klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rus döyüşçülərindən biri olan Məhəmmədrəsul “Frodo” Hasbulaev (28-7) turnirin super-döyüşündə Salman Jamaldayev (15-1) ilə görüşəcək.

Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək.

Turnir Azərbaycanda bir ilk olacaq və tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacağına inanılır.

Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək.

Biletlərin satışı online olaraq iticket.az saytına, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 AZN arasında dəyişir.

Çempionatın mətbuat konfransı mayın 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək, rəsmi çəki mərasimi isə “Gənclik Mall” TM-da Mayın 3-də baş tutacaq.

Turnir “CBC Sport” kanalı tərəfindən “Match TV” üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Bu turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqların göstərəcəklər.

COP29