Döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilotumuz – VİDEO

44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdaên biri də polkovnik-leytenant Ramiz Qasımov olub. 

Baku TV şəhid zabitimiz haqqında geniş reportaj hazırlayıb.

Ramiz Qasımov 27 il idi ki, Vətən üçün əlindən gələni edirdi. O, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub. İyul döyüşlərində düşmənin texnikasını məhv edən pilotlardan biri idi Ramiz Qasımov. Eyni zamanda, 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında da irəli atılan ilklərdən olub.

R.Qasımov vurulmuş helikopterdən döyüş yoldaşlarını xilas etməyə də müvəffəq olub.

Onun haqqında hazırlanmış reportajı təqdim edirik: