!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Döyüşlər düşmən mövqelərinin dərinliklərində gedir” – Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Əməliyyat şəraitinə tam nəzarət edən Azərbaycan ordusu işğalçı qüvvələrin müqavimətini qıraraq, uğurla irəliləyir”.

Bunu döyüş bölgəsində oktyabrın 8-si saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, cəbhədə gecə saatlarından etibarən, intensiv artilleriya döyüşləri səngiməyib:

“Artıq dördüncü gündür, düşmən əsasən, yaşayış məntəqələrimizi atəşə tutmaqdadır. Bir qədər əvvəl Bərdə rayonu ərazisində, Tərtər yolunun üzərində yerləşən restorana “Toçka-U” raketi düşüb. Nəticədə altı dinc sakin yaralanıb, ərazidə olan iki avtomobil tam yararsız hala düşüb, yaxınlıqdakı iki binada dağıntılar olub.

Ümumi vəziyyətə gəldikdə isə cəbhənin əsas istiqamətlərində döyüşlər davam etməkdədir. Əldə etdiyim məlumata görə, hazırda döyüşlər düşmən mövqelərinin yerləşdiyi ərazilərin dərinliklərində gedir. Əməliyyat şəraitinə tam nəzarət edən Azərbaycan ordusu işğalçı qüvvələrin müqavimətini qıraraq, uğurla irəliləyir”.

Gülşən Şərif

www.yenicag.az

1755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv