Döyüşlərdə gəbərdilən daha 3 erməni hərbçinin leşi tapıldı

Qarabağda döyüşlər zamanı ölən daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Yenicag.az Ermənistan mediasına istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 579-a çatıb.