Dramatik penaltilər seriyası: Kapitan qəhrəmana çevrildi – VİDEO

19 yaşadək futbolçular arasında Asiya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Qətər – İraq matçının penaltilər seriyasında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

Bu zaman matçın baş hakimi Qətərin qapıçısı Şebab Mamduha ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Buna isə rəqib penaltini yerinə yetirən zaman qapıçının qapı xəttini tərk etməsi səbəb olub.

Nəticədə isə qapıya Qətər millisinin kapitanı Nasser Abdulsalam keçib. Meydan oyunçusu da qapıçı keyfiyyətlərini nümayiş etdirərək rəqibin penaltisini dəf edib, komandasının qəhramanına çevrilib.