Dron istehsalçılarından möhtəşəm yenilik – VİDEO

Artıq dronların enişi üçün düz səth və sakit hava şəraitinə ehtiyac yoxdur.

Belə ki, alimlər PUA-ların istənilən səthə enməsinə imkan verən xüsusi dəstəklər və proqram təminatı hazırlayıblar.

İxtira mülki və kommersiya məqsədli pilotsuz təyyarələrin qeyri-bərabər səthlərə enməsi üçün şassilərin layihələndirilməsi tapşırılan Şerbok (Kanada) Universitetinin “Createk Design” laboratoriyasına məxsusdur.

Texnologiya artıq real şəraitdə sınaqdan keçirilib: Dron 2,75 m/s sürətlə 60 dərəcəyə qədər meyilli damlara uğurla enib.

Mütəxəssislərin sözlərinə görə, kifayət qədər yüksək eniş sürəti onlara ekstremal ssenarilərdə belə, sabitliyi qoruyub-saxlamağa imkan verir.

Araşdırmanın nəticələri artıq “IEEE Robotics and Automation Letters” jurnalında dərc olunub.