DSK sədrinin oğlu faciəli şəkildə öldü

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

Yenicag.az Report-a istinadən xəbər verir ki, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

O, Sabirabad rayonunda dəfn edilib.

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb.

Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.

COP29