!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF-nin gəlir və xərcləri bu qədər olacaq

!Reklam – Yazi

Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğindədir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

– Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;

– Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv