Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DSMF-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsinin vəzifəli şəxsləri- Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenicag.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 7-ə təyin edilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Mərkəzin vəzifəli şəxsləri Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovaya 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

www.yenicag.az

209