DST-dən XƏBƏRDARLIQ: Vəbanın yayılma riski yüksəkdir

Dünya Səhiyyə Təşkilatı (DST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə DST-ün epidemioloji bülletenində deyilir.

Martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb:

“Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib”.