!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-dan əməliyyat - İrandan dəniz vasitəsilə heroin gətirənlər tutuldu

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz döv­riy­yə­dən çıxarılmasına nail olunub.

DSX-dn Yenicag.az-a verilən məlumata görə, 19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dəni­zindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub.

Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və ora­da gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüd­lü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub­likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv