!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-dan əməliyyat: Külli miqdarda nar­kotik dövriyyədən çıxarıldı - FOTO

!Reklam – Yazi

2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əc­nəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

DSX-dan Yenicag.az-a verilən məlumata görə, birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib.

Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad ra­yonu Sulu­çeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­bilin həmin əraziyə yaxın­laşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.

Həmin şəxs sər­həd nar­yadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tir­yək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublika­sı­nın vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşə­liyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş ver­ib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sər­həd zasta­vasının xid­məti sahəsində naməlum şəxsin hərəkəti sər­həd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub.

Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qal­dırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respubli­ka­sın­dan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini poza­raq mü­həndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxla­nılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sər­həd pozucusu İran İslam Respublikasının və­tən­daşı 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzə­rin­də 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

www.yenicag.az

3073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv