!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX əməliyyat keçirdi - Əcnəbilər saxlanıldı

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası­nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res­publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər­həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zama­nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.

26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər­həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı pasportun sax­talaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanıl­mış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy­yən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.

30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta­rix-ştampların saxtalaşdırılması müəyyən edilib.

06 avqust tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

www.yenicag.az

2136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv