!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX əməliyyat keçirdi - Qanunsuz ov edənlər saxlanıldı - FOTO

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində əməliy­yat-axtarış və qoşun tədbirləri uğurla davam etdirilir.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, yanvarın 21-də Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz ra­yonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində qaya daşlarının altında gizlədilmiş şəkildə istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah sahibsiz aşkar olunub.

Yanvarın 29-da, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkar olunaraq götürülüb. Araşdırma zamanı qeyd olunan tütün məmulatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaq­malçılıq yolu ilə gətirilməsi məlum olub.

Yanvarın 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayo­nunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Şəki rayonu­nun Baş Zəyzid kənd sakinləri 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələskər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürül­üb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

2186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv