DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermə­nistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şərai­tinin kəskin gər­gin­ləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törə­dil­ib, təmas xət­tinin yaxınlığında yerləşən yaşayış məntəqə­ləri­miz və kənd yol­larında hərəkət edən mülki nəqliyyat vasitələri mü­tə­madi ola­raq iri çaplı silahlardan və snayper tüfənglərindən da­vamlı surətdə atəşə tutulublar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəş­fiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə bas­qın cəhdləri edilmiş, sərhədçilərin sa­yıqlığı nəticəsində düş­mən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalmışlar.

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gər­ginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilmiş, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların verilə­cəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermə­nis­tanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olun­muşdur.

Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azər­bay­can tərəfinin atəşkəs rejimini pozaraq ER-nın Noyemberyan rayo­nu­nun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş möv­qelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvə­lərindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düş­mənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sər­həd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs reji­mini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

COP29