DSX konservlərinin Ukrayna bazarlarında satılması YALANLANDI

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərləri üçün nəzərdə tutulan “Tuşonka” ət konservlərinin Ukrayna bazarlarında satılması haqda yayılan məlumatlara qurum tərəfindən aydınlıq gətirilib.

Yenicag.az xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzindən yayılan məlumatların həqiqtə uyğun olmadığı vurğulanıb.

“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib”.

Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətə uyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”, – deyə məlumatda bildirilib.