!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-nin hərbi qulluqçularının geyim forması ilə bağlı - Dəyişiklik

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin martın 6-da imzaladığı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin şəkilaltı yazılarında “SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz edilib.

www.yenicag.az

1762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv