!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-nin işçi kimi təqdim etdiyi Elçin Nəbiyev kim idi? - Xidmət yoluna qısa baxış  - VİDEO

!Reklam – Yazi

13:20

Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 14 hərbçi şəhid olub. Şəhidlər arasında Nəbiyev Elçin Fikrət oğlu nədənsə işçi kimi qeyd olunub.

Gün ərazində nə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev mətbauata açıqlamasında, nə də heç bir rəsmi açıqlamada Elçin Nəbiyev haqqında heç bir əlavə məlumat verilməyib.

İşçi kimi göstərilən Nəbiyev Elçin Fikrət oğlu ehtiyatda olan polkovnikdir. Birinci Qarabağ müharibəsini keçmiş bir zabitlərdən biri olub. Elçin Nəbiyev Hərbi Hava Qüvvələrinin baş şturmanı olub. O, vaxtilə Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi əvəzedicisi olub. Daha sonra Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının ali məktəbində rəis vəzifəsində işləyib və ordu sıralarından ehtiyata buraxılıb. Birmənalı demək olar ki, Elçin Nəbiyev Azərbaycan Hərbi Hava Qüvvələrində bütün şturmanları yetişdirilməsində əməyi olub.

Elçin Nəbiyev birinci Qarabağ müharibəsinin iştirakçısı idi. Vətən müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Elçin Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirmişdilər.

Bu cür xidmətləri olan şəxsi işçi kimi göstərmək onun xidmətinə, ailəsinə hörmətsizlik hesab edilməlidir. Elçin Nəbiyevin xidmət yolu indi işçi olmasından aslı olmayaraq, ən azı ehtiyata olan polkovnik yazılmasını haqq edirdi.

Hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib ki, Elçin Nəbiyevlə bir yerdə xidmət edib. Onu Azərbaycann bir nömrəli şturmanı adlandırıb. Rövşən Məhərrəmov qeyd edib ki, Elçin Nəbiyevi işçi kimi adlandırmaq onun özünə, xidmətinə və ailəsinə hörmətsizlikdir. DSX onunla bağlı yenidən informasiya verməlidir.

Səxavət Məmməd

www.yenicag.az

2487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv