DSX-nin kursantı İNTİHAR ETDİ

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə Yenicag.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, intihar faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.