!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX-nin xüsusi məktəbinə qəbul imtahanı keçirildi

!Reklam – Yazi

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanlar saat 12:00-da başlayıb və 90 dəqiqə ərzində aparılıb.

İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 sual olmaqla, ümumilikdə 60 qapalı tipli tapşırıq təqdim edilib.

İmtahan nəticələrinin sabah günün ikinci yarısında DİM-in saytı vasitəsilə elan olunması nəzərdə tutulur.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv