DSX rəisi: “Harop”larla iki saat ərzində ermənilərin 14 tankını məhv etdik”

Ermənilər Horadiz kənd istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda “Harop”larla iki saat ərzində düşmənin 14 tankını məhv etdik.

Yenicag.az xəbər verir ki, bu sözləri Zəngilanda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məruzə edən zaman deyib.

“Təqribən 10-12 tankı düşmən burada qoyub qaçdı”, – deyə Elçin Quliyev əlavə edib.

E.Quliyev dövlət başçısına düşmənə məxsus S-300 raketlərinin məhv edilməsinin görüntülərini də nümayiş etdirib.