DSX rəisi Şəhidlər Xiyabanını ziyarət etdi – FOTO

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər Xiyabanını ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb.