!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSX rəsmisi jurnalistlərə hücum etdi - VİDEO

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi Rövşən Cahangirov “Baku TV”nin əməkdaşlarına hücum edib.

Yenicag.az xəbər verir ki, DSX-nin rəisi Elçin Quliyevdən müsahibə almağa çalışan jurnalistlər qurum rəsmisinin müdaxiləsi ilə qarşılaşıblar.

Kadrlardan aydın olduğu kimi, jurnalist Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edən Xidmət rəisi Elçin Quliyevə yaxınlaşmağa cəhd edib. Lakin bu zaman operator DSX sözçüsü Rövşən Cahangirovun hücumuna məruz qalıb.

Məsələ ilə bağlı danışan jurnalist Tural Museyibov bunları deyib:

“Helikopter qəzası ilə bağlı bu gün DSX-nin rəisi Elçin Quliyevdən açıqlama alacaqdıq. Bu anda özünü yetirən mayor Rövşən özünü rəhbər heyətin yanında xüsusi bacarıqlı şəxs kimi göstərərək operatorumuza yumruq atdı və ərazidən çıxarmağa nail oldu. Məsələyə DSX rəisinin müdaxiləsindən sonra operatorumuz geri qayıtdı. Amma artıq gec idi, müsahibə alınmadı”.

Həmin anların videogörüntüsünü təqdim edirik:

www.yenicag.az

1203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv