DTK: 4 ölkədən Belarusa təhdid var

Bu gün biz Litva, Latviya, Polşa və Ukrayna ərazisindən xarici müdaxilə təhlükəsinin artdığını görürük.

Yenicag.az xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Sergey Terebov deyib.

O qeyd edib ki, hazırda ölkədə ictimai-siyasi vəziyyət sabitdir, asayiş və təhlükəsizlik təmin edilir.