DTX avtomobillərini satışa çıxardı

Dövlət Təhlükəsizlik Xidməti balansında olan avtomobillərin bir hissəsini satışa çıxarıb. Onlar arasında qəzalı vəziyyətdə olanı da var.

Yenicag.az xəbər verir ki, müxtəlif markalı avtomobillərdən ən yüksək qiymətə təklif ediləni də məhz qəzalı vəziyyətdə olan “Mitsubişi Pajero” avtomobilidir.

2007-ci il istehsalı olan avtomobil üçün müəyyən edilən ilkin qiymət 10.000 manatdan başlayır.

Bundan başqa, DTX hərraca “Hunday H1”, “Şevrolet Niva 21230L”, QAZ-31105-120, “VAZ-21214” və “Hunday Sonata” markalı avtomobillər də təqdim edib.

COP29