DTX-da hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Yenicag.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

Tərxis olunan əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də var.

DTX rəisi Əli Nağıyev tərxis olunan əsgərlərə Fəxri Fərman verib.