DTX-dan ƏMƏLİYYAT – Yüksək vəzifəli məmur belə həbs edildi – VİDEO

İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Yenicag.az xəbər verir ki, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Əməliyyatın görüntülərini təqdim edirik: