DTX-də Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

DTX-nin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.