Naxçıvanda yeni həbslər – Baş həkim Bakıya gətirilir – YENİLƏNDİ

13:45

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, dövlət xəstəxanasının Baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.

***

Baş həkim Zəbur Bağırovun Bakıya gətirildiyi haqda məlumat yayılıb./Axar.az/