DTX Eldar Həsənovu Ceyhun Bayramovla görüşə gedərkən saxlayıbmış

Vəkil Adil İsmayılov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun necə saxlanması barədə açıqlama verib. ,

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib:

“Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam” – deyə vəkil bildirib.