DTX Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparır

Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.