Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DTX icra başçısını Bakıya gətirdi - YENİLƏNDİ - FOTO/VİDEO

Reklam: High Technic

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

Yenicag.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb./“Qafqazinfo”/

*12:01

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək./Unikal.org/

Loading...

www.yenicag.az

561
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100