!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX-nin həbs etdiyi icra başçısı kimdir? — DOSYE

!Reklam – Yazi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Yenicag.az xəbər verir ki, mətbuatda verilən xəbərə görə artıq icra başçıcı Mahir Quliyevlə müavini Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir.”Naxçıvan” universitetini bitirmişdir.1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır.Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır.2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var./Ölke.az/

www.yenicag.az

3199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv