DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verildi

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın xəbərinə görə, sərəncama əsasən, polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.