!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX rəisi: 900-ə yaxın azərbaycanlı terrorçulara qoşulub”

!Reklam – Yazi

“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.

Mədət Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.

Onun sözlərinə görə, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir: “Dünyanın təhlükəsizliyini ciddi təhdid edən radikalizmlə mübarizə ölkəmiz üçün ciddi məsələdir. Prezident İlham Əliyev apardığı məqsədyönlü Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. 2017-ci il Azərbaycanda İslam Həmrəliyi İli elan edilib.

Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub. Onların bəziləri öldürülüb, bəzi də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.

Yeniçağ.az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv