Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.
Yenicag.az xəbər verir ki, KALE adlanan yeni binanın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib.
Türkiyə prezidenti açılış nitqində ölkəsinin xüsusi kəşfiyyat orqanının tarixindən bəhs edib və bu qurumun Osmanlılardan miras qaldığını xatırladıb. Çıxışında həmçinin indiki çətin dövrdə MİT-in üzərində ciddi görəvlər düşdüyünü vurğulayan Ərdoğanın fikrincə, Türkiyənin və Türk dünyasının gələcəyini formalaşdırmaq üçün xüsusi kəfiyyat orqanlarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir:
“2014-cü ildə təşkilatımızın qanununu başdan sona qədər təzələdik və bugünkü gözləntilərimizə uyğun hala gətirdik. Bəzən müzakirələrin mərkəzində yerləşdirilsə də, ölkəmizin və millətimizin kəşfiyyat xidmətlərinə ehtiyac heç vaxt azalmamışdır, çünki kəşfiyyat məlumatları təkcə müharibə dövründə deyil, həm də sülh dövründə dövlətin yaşaması üçün zəruridir. Bu gününü idarə edə bilməyənlər gələcəklərini də formalaşdıra bilməzlər. Ölkəmizin və dünyanın kritik bir prosesdən keçirdiyi bir dövrdə Milli Kəşfiyyat Təşkilatımızın dəstəyi həmişəkindən daha çox lazımdır. Geniş coğrafiyada gecə-gündüz fədakarlıqla çalışan hər bir adsız qəhrəmanımızın uğurları ilə fəxr edirik. Ümid edirəm ki, bu gün təşkilatımızın gücü və imkanları olan yeni xidmət binasının açılışı daha da artacaq”.
Turkustan.info Moderator.az-istinadla xəbər verir ki, MİT-in yeni binasının açılışına Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev də qatılıb. Azərbaycanlı qonağın yeni binanın lentini Ərdoğanla bərabər kəsdiyi xəbər verilir. Bu isə ölkəmizin rəsmisinə ən yüksək səviyədə göstərilən diqqət deməkdir.
Toplantı sırasında Türkiyə prezidenti ilə şəxsən görüşən DTX şefi iki qardaş ölkə arasında ümummilli maraqlar naminə məlumat mübadiləsində maraqlı olduğunu diqqətə çatdırıb.
Əli Nağıyevin həmçinin MİT Başkanı Hakan Fidanla da görüşdüyü xəbər verilir.