DTX sədrindən gənclərə mühüm ÇAĞIRIŞ

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında keçirilən velosiped yürüşü zamanı deyib:

“Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər”./Trend/