!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Duanın qəbul olunduğu an - HEYRƏTAMİZ

!Reklam – Yazi

Bu gün Ramazanın 5-ci günüdür. Bildiyimiz kimi Ramazan ayı bütün duaların qəbul olunduğu ərəfədir. Hər günün öz duası, öz diləyi var.

Dua – möminin silahıdır. Ramazan ayında bütün dua qapıları açılar, qəbul olunmayan dua qalmaz. Oruclu insan əllərini Rəbbinə tərəf açarsa, əsla əliboş geri qayıtmaz. Peyğəmbərimizin buyurduğu kimi, iftar anında edilən duaların xüsusi bir önəmi vardır: “Oruc tutanın, iftar vaxtı bütün duaları qəbul olunar”.

Anlayacağımız: ağlımıza gələn hər bir gözəl, saleh əməli, Ramazan ayında etməklə, həmişəkindən daha artıq mükafat qazana bilərik. O zaman bu fürsəti niyə əldən verək ki? Bəlkə bu, son Ramazanımız olacaq? “Bu il Ramazandan faydalanaraq, günahlarıma tövbə edəcəm, ibadət edəcəm, ibadətlərimi daha da artıracam” deyə düşünən neçə-neçə insan bu aya çata bilmədən dünyadan köçüb getdi. Biz isə hələ bu dünyanın havasıyla nəfəs alırıqsa, deməli, şansımız var! Başlayaq!..

RAMAZAN BÖYÜK BİR FÜRSӘT VӘ BÖYÜK BİR MӘKTӘBDİR. BUNA GÖRӘ BUNUN ŞÜURUNDA OLMALI, ALLAHDAN BİZİ BÖYÜK XEYİRLӘRӘ MÜVӘFFӘQ ETMӘSİNİ DİLӘMӘLİYİK. UCA ALLAH BİZLӘRİ, RAMAZANDA BAĞIŞLANMIŞ, BOL-BOL SAVAB QAZANMIŞ QULLARINDAN ETSİN!

Yenicag.az

www.yenicag.az

1065
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv