Almaniyanın Xarici Işlər nazirliyi BƏƏ-nin baş nazirinin həyat yoldaşı şahzadə Hayanın sığınma xahişi ilə müraciət etdiyi barədə məlumatı təsdiqləyə bilmir.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya XİN-in rəsmi nümayəndəsi Mariyu Adebar məlumat verib.
“Mən bu məlumatı təsdiqləyə bilmərəm. Çünki bizdə buna dair faktlar yoxdur”, – deyə diplomat bildirib. Qeyd edilir ki, Almaniyanın Xarici İşlər nazirliyində belə məlumat yoxdur.
Qeyd edək ki, Dubay şeyxi Məhəmməd bin Rəşidin həyat yoldaşı şahzadə Haya 40 milyon dollar götürərək qaçıb. Bildirilir ki, o, fevralın əvvəli yoxa çıxıb. Ehtimal edilir ki, şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizlənir. Onun şeyxi təhlükəsizliyini qorumaq üçün tərk etdiyi deyilir.
“The Sun” qəzeti isə məsələnin Almaniya və BƏƏ arasında diplomatik böhrana səbəb ola biləcəyini yazır. Əmirlik Almaniyaya qaçqınların qaytarılması üçün müraciət etsə də, rədd cavabı alıb./Ölkə.az/