Ötən il Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayı 60 civarında olub, öncəki il isə bu rəqəm 62 mindən artıq olub.

Yenicag.Az  xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşündə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, Azərbaycanda xarici investisiyaların işləməsi üçün lazımi şərait yaradılıb: “Biz Ələtdə azad ticarət zonası yaradırıq. Hansı ki, Sinqapur, Dubay modeli üzrə hazırlanır. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatında aparılan islahatlar daha da genişləndiriləcək”.

Nazir müavini ilk ticarət nümayəndəliyinin Rusiyada olacağını qeyd edib: “İlk ticarət evi isə Ukraynada olacaq. Növbəti ticarət nümayəndəlikləri digər ölkələrdə, məsələn, BƏƏ də ola bilər”.

Yenicag.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."