Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dubayda ayaqqabı brendinin açılışını etdi

78514Hollivudun ən zövqlü aktrisalarından hesab edilən Sara Cesika Parker aktrisalıqla yanaşı, bizneslə də məşğul olmağa başlayıb.

Aktrisa Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində özünə məxsus ayaqqabı brendinin açılışını edib. Dizaynı tamamilə aktrisanın özünə aid olan ayaqqabılar “SJP Collection” adı altında satışa çıxarılacaq.

Hollivudun 49 yaşlı dəb ikonasını görmək üçün yüzlərlə fanatı Dubaya gəlib. Onların hamısı Sara Cesika Parkerin ayaqqabı xəttindən bir cüt ayaqqabı almaq üçün bir-biri ilə yarışıblar. Aktrisa fanatlarını belə sakitləşdirib: “Gəlin qarışıqlıq yaratmadan işə girişək. Sizin hamınızı burada görməyimə şadam. Sevinirəm ki, məni sevənlər bura gəlib. Heç kimi maraq göstərməyəcəyindən elə qorxurdum ki. İndi hamınızı razı yola salacam”.

“SJP Collection”dan ayaqqabı alan fanatlar Sara Cesika Parkerin ayaqqabıların altına imza atması üçün növbəyə durublar. Gələn həftə isə məşhur aktrisa Dubayın iri ticarət mərkəzlərindən birində həmin ayaqqabı kolleksiyanı alıcılara təqdim edəcək.

(anspress.com)

www.yenicag.az

192