Dubayda ən ucuz ev neçəyədir?

Birləşmiş Ərəb Əmirliklərində ikinci əl ən ucuz mənzillərin qiyməti 115 min manat civarındadır.

Yenicag.az xəbər verir ki, bu barədə “Emirates.Estate” daşınmaz əmlak portalı məlumat yayıb.

Məlumata görə, həmin mənzillərin sahəsi 32-40 kvadrat metr arasında dəyişir.

Əmirliklərdə ən ucuz mənzilləri Dubayın “Jumeirah Village Circle” və “Midtown by Deyaar” məhəllələrində almaq olar.

Tikilməkdə olan yeni binalardan mənzil almaq da ən sərfəli variantlardan biridir.

Penthauslara gəlincə, onların ən ucuzu hazırda “Barsha Hayts” məhəlləsində satılır. Bu ərazidə sahəsi 172 kvadrat metr olan mənzili 750 min manata almaq mümkündür.

Qeyd edək ki, Dubayda evlərin qiyməti həm də onların dənizə yaxınlığı ilə ölçülür. Sahilə təxminən 500 metr məsafədə olan kiçik sahəli mənzillərin qiyməti 330 min manatdan başlayır.  /oxu.az/