Reklam

Dubayda uçan taksilər - VİDEO

Reklam

Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq.

Çinin Ehang şirkətinin istehsal etdiyi dronlar pilotsuz, bir yerlik olacaq.

Bu barədə CNN Dubayın Yol və Nəqliyyat Qurumuna istinadla məlumat yayıb. Elektrik mühərriki ilə çalışan dronları artıq şəhərdən kənarda – səhrada sınaqdan keçirilərkən görənlər olub.

Hələ ki layihənin detalları ictimaiyyətə tam açıqlanmayıb.Dubayın bu futuristik layihəsi özü hərəkət edən müxtəlif növ nəqliyyat vasitələrinə geniş meydan vermək planının tərkib hissəsidir.

2030-cu ilə qədər Dubaydakı bütün nəqliyyat vasitələrinin dörddə birinin sürücüsüz maşın və pilotsuz dron olması planlaşdırılır.

Dronlar 100 kiloqrama qədər yük qaldıra biləcək. Yəni bir sərnişin və onun əl baqajını.Sərnişin şəhərdə getmək istədiyi yeri özü smart monitorda seçə biləcək.

8 propellerli dron saatda 100 km. sürətilə uçacaq.Düzdür, başqaları yerdə, yollarda tıxaca düşən vaxt dron taksiyə minənlər asanlıqla mənzil başına çatacaq.

Amma batareya 30 dəqiqəyə boşalır, ona görə də dronlardan uzaq məsafələrə uçmaq üçün istifadə etmək mümkün olmayacaq. Marşrutlar və uçuş yerdəki idarəetmə mərkəzindən izlənəcək.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."