Duda Ukrayna ilə ABŞ arasında danışıqların getdiyini bildirdi

Polşa Prezidenti Anjey Duda ABŞ və Ukrayna arasında danışıqların bərpası üzrə işin artıq davam etdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Duda bu barədə Nyu-Yorka səfərinin yekunlarına dair brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hər kəs Ağ Evdə baş verənləri təəssüflə izləyib:

“Ümid edirəm ki, bu, danışıqlar taktikasının elementidir və ABŞ yaxın gələcəkdə Ukraynanı dəstəkləyəcək”.