Böyük Britaniyada kredit böhranı riski 2008-ci ildən bəri ən yüksək həddə çatıb.
Yenicag.az “The Telegraphy”a istinadən xəbər verir ki, ölkədə mənfəət xəbərdarlıqları və kəskin kredit şərtləri 15 il əvvəlki maliyyə böhranından sonra ən yüksək səviyyəyə yüksəlib.
Məlumata görə, Böyük Britaniyada bu ilin üçüncü rübündə inflyasiya və faiz dərəcələrində artım qeydə alınıb. Bunun nəticəsində ortaya çıxan mənfəət xəbərdarlığı səbəbindən kreditlərin verilməsində 33 faizlik məhdudiyyətlər yaranıb.
Bu göstərici rüblük mənfəət xəbərdarlığı hesabatında 2008-ci ildən bəri qeydə alınan ən yüksək faiz hesab edilir və onun 20 faizi aktivliyi azalan mənzil bazarından qaynaqlanır.
Qeyd olunur ki, son 12 ayda Londonun əsas və kiçik birjalarında siyahıya alınmış şirkətlərin 18 faizinin mənfəətlə bağlı çətinliklər yaşadığı aşkar edilib.