Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünən avtobuslarda yaranan sıxlığa RƏSMİ MÜNASİBƏT

“31 martdan saat 22:00-dan metro sərnişindaşıma fəaliyyətini dayandırıb. Bu gün sərnişindaşıma yerüstü nəqliyyat – avtobusla aparılır. Bu isə normal günlərdə aparılan daşıma deyil, xüsusi karantin rejimində aparılan sərnişin daşımalarıdır”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə ictimai nəqliyyatda müəyyən məhdudiyyətlər tətbiq edilib: “Bəzi ölkələrdə ictimai nəqliyyat 2 saat işləyir, bəzilərində tam ləğv olunub. Azərbaycanda hökumətin humanist yanaşması ilə həyati əhəmiyyətli fəaliyyət sahələrində təchizatda qırılma olmasın deyə xidmət edirik. Fevralın 27-dən bütün avtobuslar dezinfeksiya edilir, sürücülərə maska və əlcək verilib. Ölkədəki 30-a yaxın daşıyıcı ilə profilaktik iş aparılır”.

V.Kərimli deyib ki, 1 apreldə müəyyən sıxlıq yaranıb: “Bu günlərdə normal avtobuslarla yanaşı, ekspress avtobuslar da işləyir. 31 martda ekspress xətlərlə təxminən 11 minə yaxın daşıma edilmişdisə, dünən 27 minə yaxın daşıma həyata keçirilib. Avtobus cəhətdən çatışmazlıq yoxdur, sadəcə dövlətin apardığı tədbirlə həmrəy olmaq lazımdır. Ümumilikdə, dünən saat 7.00-la saat 10.00 arası 95 ekspress avtobusla 21 min sərnişin daşınıb, 4600-a yaxın adam özəl daşıyıcılarla gedib. Saat 17.00-20.00 arası 24 minə yaxın sərnişin daşınıb. Hər bir ekspress xətdə əlavə 85 avtobus var”.

www.yenicag.az

283