!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünən doğulan körpə xəstəxanada öldü - Azərbaycanda

!Reklam – Yazi

Mingəçevir şəhərində yeni doğulan körpə reanimasiya şöbəsində keçinib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verib.

2000-ci il təvəllüdlü Yevlax rayon Yenicə kənd sakini Farxatova Ramilə Habil qızının bir gün öncə xəstəxananın Doğum şöbəsində dünyaya gətirdiyi oğlan uşağı yerləşdirildiyi Uşaq reanimasiya şöbəsində dünyasını dəyişib.

Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin mamaça ginekoloqu Zeynəb Quliyeva “Report”un Şirvan bürosuna açıqlamasında məsələyə aydınlıq gətirib:

“Bu, gənc ana Ramilə Farxatovanın heç də birinci hamiləliyi deyil. O, bundan öncə iki dəfə yarımçıq hamiləlik yaşayıb. Bir şeyi də araşdırmışıq ki, qadın 15 yaşında erkən nikahla xalası oğlu ilə ailə həyatı qurub. Ehtimal edilir ki, bu amillər də iki yarımçıq hamiləliyə və bu gün artıq çoxsaylı daxili problemləri ilə dünyaya gəlmiş körpənin ölümünə səbəb ola bilər”.

Z.Quliyeva məlumat üçün bildirib ki, hamiləlik dövrünü yaşadığı rayonda keçirən ana 9 ay ərzində Mingəçevirdə hər hansı tibbi yoxlamadan və nəzarətdən keçməyib:

“Amma doğuşöncəsi uşaqda problemlərin mövcud olduğunu ilkin müayinələr əsasında müəyyən etmişdik. Açığı doğuş bir qədər uzun çəkdi. Doğulan an tənəffüs problemlərinin yaranmasını ilk öncə körpənin doğumu ilə bağlı olduğunu zənn etdik. Hərtərəfli yoxlamalarımız nəticəsində isə körpənin ağır ağ ciyər problemləri olduğuna əmin olduq. Eləcə də, başında da maye yığıntısının və qanında leykositlərin normadan artıq olduğu analizlər nəticəsində aşkar edildi. Buna müvafiq olaraq, körpəni süni tənəffüs cihazına qoşmaqla müvafiq addımlar atdıq. Təəssüf ki, səylərimiz bir nəticə vermədi. Yeni doğulan oğlan uşağı reanimasiya şöbəsində keçindi. Bu gün fərqli düşünənlər ola bilər, amma tam məsuliyyətlə deyirəm ki, körpənin ölümündə tibb heyətinin heç bir günahı yoxdur”.

Qeyd edək ki, ölən körpənin meyiti şəhər morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv