!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünən gecə saxlanılan dindarlar barədə RƏSMİ AÇIQLAMA – VİDEO

!Reklam – Yazi

46291Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq. Bu barədə Sabunçu RPİ-dən məlumat verilib.

“Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq”, – idarədən bildirilib.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb(report)

https://youtu.be/Mpy5p6HEUyM

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv