Dünən intihar edən qızın kimliyi məlum oldu: Polkovnik nəvəsi, bloqqer, klinika sahibi… – FOTO

Dünən Bakıda intihar edən şəxs polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova olub.

1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.

N.Məmmədova ixtisasca stomotoloqdu, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. tanınmış bloger kimi fəaliyyət göstərib. Həmçinin şou-biznes sahəsində də məşhur şəxslərdən olub. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib. Xüsusilə də müğənni Elnur Məmmədovla sıx əməkdaşlığı olub və bir çox mahnılarının müəllifi odur.

İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur./Bakupost/