Bu gün Alanya Gazipaşa hava limanında böyük təhlükənin qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, “Corendon Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsinin enişi zamanı ön təkəri partlayıb. Təyyarə zolağına endikdən sonra təkəri və ön dayağı zədələnib.
Uçuş zolağında qalan təyyarədə 184 sərnişin və 6 ekipaj üzvü olmaqla ümumilikdə 190 nəfərin təxliyyəsi tamamlanıb. Sərnişinlərdə xəsarət alan olmayıb.
Məlumata görə uçuş-enmə zolağına ziyan dəyib.
Dünən də oxşar hadisə yaşanıb. ABŞ-ın nəhəng yük şirkətinə məxsus təyyarə İstanbul hava limanında ön şassəsi açılmadığı üçün gövdəsi ilə məcburi eniş edib.